Rusiya Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan yanacaq qıtlığını aradan qaldırmaq üçün Hindistandan benzin idxalına başlayıb.
"Reuters"in xəbərinə görə, Hindistandan Rusiyaya artıq ümumilikdə 60 min ton benzin göndərilib.
Hazırda hər birinin yükü 30-40 min ton olan iki tanker Rusiyaya doğru hərəkət edir.
Agentliyin məlumatına əsasən, Moskva yaxın aylarda Hindistan, Belarus və digər ölkələrdən hər ay 400 min tona qədər benzin idxal etməyi planlaşdırır. Belarus iyun ayında Rusiyaya dəmir yolu ilə benzin tədarükünü artıq üç dəfə artırıb.
Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaq çatışmazlığının yarandığını etiraf edərək, hökumətin vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər gördüyünü bildirib. /Apa

Şərhlər