İsrail ordusuna İrana qarşı mümkün müstəqil hərbi əməliyyata hazır olmaq göstərişi verilib.

Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

Məlumata görə, müdafiə naziri ordunun İranda mümkün hərbi əməliyyata hazırlaşdığını və hərbi qüvvələrin yalnız müvafiq əmri gözlədiyini deyib.

Katz xəbərdarlıq edib ki, İran tərəfindən İsrail ərazisinə hər hansı raket hücumu həyata keçirilərsə, buna cavab veriləcək. Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, İsrail qısa müddətdə İranla açıq hərbi qarşıdurma vəziyyətinə düşə bilər. 

"AzPolitika.info"