Bakıda bibisinin qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

"AzPolitika" Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqdirləndirilənin 15 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Kamal Baxşıyev 13 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin aprelində Bakının Zığ qəsəbəsində baş verib.

Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisinin qızı Nailə Səlimovaya çox sayda bıçaq zərbəsi endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxsıyev daha sonra əmisinin nəvəsi Elsad Baxışovu Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib.

Kamal Baxşıyev barəsində Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1,29,120.2.2, 29.120.2.7-ci maddələri ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.