ABŞ ilə İran arasında anlaşma memorandumunun müşahidə qrupunun operativ əlaqə kanalı yaradılır.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu Dohada Qətər, İran və Pakistanın iki iclası barədə danışan İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

"Qərara alınıb ki, müşahidə qrupunun operativ əlaqə kanalı sabaha qədər yaradılsın və anlaşma memorandumunun çatışmazlıqları rəsmi, sənədli şəkildə diqqətə çatdırılsın, müzakirə edilsin və qərarlar qəbul olunsun", - o bildirib.

Bundan başqa, İranın dondurulmuş səhmləri ilə bağlı müzakirələr aparılıb: "Qətər rəsmiləri, o cümlədən Mərkəzi Bankla keçirilən görüşlərdə ilkin altı milyard dolların bir hissəsinin xərclənməsi ilə bağlı bəzi məsələlər nəzərdən keçirilib və qərara alınıb ki, ölkəmiz tərəfindən bildirilən ehtiyaclara uyğun olaraq zəruri malların alınması və onların İrana verilməsi həyata keçirilsin".