Menu

Rusiya hücum etdi - NATO qırıcıları havaya qaldırıldı

02.07.2026, 10:39
Rusiya hücum etdi - NATO qırıcıları havaya qaldırıldı

İyulun 2-sidə gecə saatlarında Ukraynada hava hücumu həyəcanı zamanı Polşa və onun NATO müttəfiqlərinin təyyarələri həyəcan vəziyyətinə gətirilib.

"Azpolitika" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığ məlumat yayıb.

"Ukrayna ərazisində hava hücumları həyata keçirən Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının hərəkətləri ilə əlaqədar olaraq Polşa və NATO təyyarələri havaya qaldırılıb, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Səhər saatlarında Polşa hava məkanında hərbi fəaliyyət başa çatıb və yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri standart əməliyyat tapşırıqlarına qaytarılıb.

Polşa hava məkanının pozulması qeydə alınmayıb". 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol