Menu

“Lazım gələrsə, SEPAH-a 100 milyon barel neft ayırarıq” - Pezeşkian

02.07.2026, 12:08
“Lazım gələrsə, SEPAH-a 100 milyon barel neft ayırarıq” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian SEPAH-ın Aerokosmik Qüvvələrinə 20 milyon barel neft ayrılması ilə bağlı tənqidlərə cavab verib.

Pezeşkian bildirib ki, ölkə yenidən oxşar vəziyyətlə üzləşərsə, SEPAH-a daha 100 milyon barel neft ayırmağa hazırdır.

"Belə bir vəziyyət yenidən yaranarsa, onlara 100 milyon barel neft verəcəyəm və bundan qürur duyuram", – deyə İran prezidenti bildirib. O, əlavə edib ki, lazım gələrsə, "cəbhə xəttində" olmağa hazırdır və "şəhidliyi" şərəf hesab edir.

Qeyd edək ki, Pezeşkianın bu açıqlaması iyunun 19-da bir sıra beynəlxalq KİV-lərdə İrana məxsus 20 milyon barel xam neftin hərbi potensialın, xüsusilə də SEPAH-ın Aerokosmik Qüvvələrinin maliyyə və təchizat imkanlarının gücləndirilməsi məqsədi ilə bu quruma ayrıldığı barədə yayılan məlumatlardan sonra səsləndirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol