Sabah İranda ölkənin mərhum Ali Rəhbəri Ayətullah Xamenei ilə vida mərasimi keçiriləcək.
İran KİV-lərinin məlumatına görə, mərasimdə dünyanın təxminən 40 ölkəsindən dövlət və hökumət rəsmiləri, parlament rəhbərləri, siyasi, ictimai və dini xadimlər iştirak edəcəklər.
Vida və dəfn mərasimlərinə qatılacağı açıqlanan şəxslər arasında Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, İraq Prezidenti Nizar Əmidi, İraq parlamentinin sədri Heybət Əl-Həlbusi, Banqladeşin yüksək vəzifəli rəsmiləri, Qazaxıstanın xarici işlər naziri Yermak Kuşerbayev, həmçinin Əfqanıstanda hakim olan "Taliban" hökumətinin baş naziri Molla Həsən Axund da yer alır.
Bununla yanaşı, mərasimdə müxtəlif ölkələrdən digər rəsmi şəxslərin, eləcə də tanınmış ictimai və dini xadimlərin də iştirakı gözlənilir.
"AzPolitika.info"

Şərhlər