Menu

Aİ-dən Ermənistana qaz dəstəyi: Ursula fon der Lyayendən mühim bəyanat

02.07.2026, 12:50
Aİ-dən Ermənistana qaz dəstəyi: Ursula fon der Lyayendən mühim bəyanat

Rusiya Ermənistana tədarük edilən təbii qazın qiymətini artırarsa, Avropa İttifaqı (Aİ) Yerevana kömək etməyə hazırdır.

"Azpolitika" xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə brifinqdə bildirib.

"Enerji məsələsində strateji yanaşmaya ehtiyacımız var. Ermənistanın ticarətini şaxələndirməyə kömək etdiyimiz kimi, enerji təchizatını şaxələndirməyə də kömək etmək istəyirik. Aİ ekspertlərindən ibarət qrup gələn həftə Ermənistana səfər edəcək", - fon der Lyayen deyib.

Onun sözlərinə görə, Aİ enerji təchizatının şaxələndirilməsində geniş təcrübə toplayıb və Cənubi Qafqazın enerji təhlükəsizliyinə investisiya qoymaq və yeni enerji mübadiləsi yolları açmaq niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol