Ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.

"Azpolitika" xəbər verir ki, qurumdan bizim.media-ya bildirilib ki, tunelin tikintisində son tamamlama işləri aparılır:

“Amma dəmir yolu xəttində tikinti işləri yekunlaşdırılıb”.

Azərbaycan Dəmir Yolları” QSC-dən verilən açıqlamada isə qeyd olunub ki, hazırda Xırdalan–Sumqayıt sahəsi üzrə yol infrastrukturuna baxış keçirilir:

“Eyni zamanda, bu istiqamətdə təyin olunacaq yeni reyslər üzrə istismara veriləcək hərəkət tərkiblərinin təmiri işləri davam etdirilir. Bütün bu işlər başa çatdıqdan sonra qeyd edilən istiqamətdə sərnişin daşımaları bərpa olunacaq”.