Menu

“O, gecə yarısı insanları işdən çıxarması ilə tanınır” - ABŞ-nin İsraildəki səfiri Trampı ələ saldı

02.07.2026, 17:06
“O, gecə yarısı insanları işdən çıxarması ilə tanınır” - ABŞ-nin İsraildəki səfiri Trampı ələ saldı

ABŞ-nin İsraildəki səfiri Mayk Xakabi Prezident Donald Trampı ələ salıb. 

“AzPolitika” xəbər verir ki, Trampın özü tərəfindən ötən ilin aprelində İsrailə səfir göndərilən Xakabi İsraildəki çıxışlarının birində ABŞ Prezidentinin iş prinsipinə və kadr siyasətinə istehzalı münasibət bildirib.

Xakabi deyib: "Səfir olandan öyrəndiyim şeylərdən biri də Trampın sosial media hesabını hər gün yoxlamaqdır. Bunu bilirsinizmi, bilmirəm, amma o, sosial mediada gecə yarısı insanları işdən çıxarması ilə tanınır. Ona görə də hər səhər etdiyim ilk şey oyanmaq, onun Twitter hesabını yoxlamaq və işdən çıxarılıb-çıxarılmadığımı öyrənməkdir".

Qeyd edək ki, səfirin ABŞ-İsrail münasibətlərinin indiki gərgin vaxtında səsləndirdiyi bu açıqlaması təsadüfi sayılmır. Xakabinin xeyli vaxtdır tamamilə İsrailin təsiri altında olduğuna dair iddialar var.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol