Menu

Daha bir vəzifəli şəxs ölü tapıldı - Rusiyada nə baş verir?

02.07.2026, 17:26
Daha bir vəzifəli şəxs ölü tapıldı - Rusiyada nə baş verir?

Moskva meri və hökuməti aparatının rəhbərinin birinci müavini Aleksey Starovoytov 46 yaşında vəfat edib.

"Azpolitika" xəbər verir ki, bu barədə meriyanın mətbuat xidməti məlumat verib və Starovoytovun iyunun 30-da vəfat etdiyi bildirilib.

Ölümün rəsmi səbəbi açıqlanmayıb. Starovoytovun ürək-damar çatışmazlığından öldüyü ehtimal edilir. 

Dəfn mərasiminin tarixi və yeri barədə hələlik heç bir məlumat yoxdur.

Aleksey Starovoytov 2010-cu ildən Moskva Şəhər Meriyasında çalışıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov vəfat etmişdi. İvanov Putinlə birlikdə KQB-də, xarici kəşfiyyatda çalışıb. İvanov Rusiya Federasiyasında Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol