İyulun 2-də dərc edilmiş son rəsmi məlumatlara görə, Konqo Demokratik Respublikasında Ebola epidemiyası 400-dən çox insanın həyatına son qoyub.

"Report" xəbər verir ki, bu barədə Milli İctimai Səhiyyə İnstitutunun (INSP) məlumatlarına istinadən RFI portalı məlumat yayıb.

"Ümumilikdə 438 ölüm və 1 406 yoluxma halı qeydə alınıb", - məlumatda bildirilib.