İyulun 3-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək.

"Report" xəbər verir ki, yük qatarı Biləcəri stansiyasından yola salınacaq.

Qeyd edək ki, sonuncu dəfə, iyunun 28-də Rusiyadan 11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda tədarük edilib.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə təqribən 35 min ton taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit yola salınıb.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.