ABŞ prezidenti Donald Tramp 2025-ci ildə ABŞ administrasiyasının tarif siyasətinin yaratdığı bazar böhranı zamanı böyük texnologiya şirkətlərinin səhmlərini satın alıb.
"Azpolitika" xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
"Prezident Donald Tramp 2025-ci il aprelin 8-də, bazarların onun "Azadlıq Günü" çərçivəsində genişmiqyaslı tariflər tətbiq etmək planı ilə bağlı qarışıqlıq içində olduğu bir vaxtda 327 səhm alışı həyata keçirib", - məlumatda deyilir.
Qeyd olunur ki, aktiv alışlar dörd günlük bazar enişinin sonunda həyata keçirilib və bu, yüksək idxal tariflərinin tətbiqi planlarının elan edilməsi ilə əlaqədardır. Trampın satın aldığı səhmlər arasında Apple, Alphabet, Amazon, Microsoft və Nvidia şirkətlərinin qiymətli kağızları da var idi.
Kanalın təhlilinə görə, Tramp əsasən dəyərini nəzərəçarpacaq dərəcədə itirmiş iri texnologiya şirkətlərinin səhmlərini alıb.

Şərhlər