Moldovanın Baş naziri Aleksandru Muntyanu hökumətinin istefa verdiyini elan edib.

"AzPolitika" xəbər verir ki, Muntyanu bu barədə sosial mediada yazıb.

"Bu gün Baş nazir vəzifəmi başa vururam. Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və vəziyyətin yaxşılığa doğru dəyişməsinə töhfə verə biləcəyimə dair qəti əminliklə qəbul etdim. Artıq mandatımı prinsiplərimə və əqidəmə uyğun olaraq yerinə yetirə bilməyəcəyimi anladığım anda istefa vermək qərarına gəldim", - deyə Muntyanu qeyd edib.

O, istər dövlət, istərsə də özəl sektorda tutduğu vəzifədən asılı olmayaraq vətəninə xidmət etməyə davam edəcəyinə söz verib.

Aleksandru Muntyanu 2025-ci il noyabrın 1-də baş nazir vəzifəsinə başlayıb.

Son iki həftə ərzində Moldovada hökumət böhranı başlayıb. Qalmaqal dövlət müəssisələrində əmək qanunvericiliyindən sui-istifadə hallarının, işçilərinə əsassız ödənişlərin və digər qanun pozuntularının aşkarlanmasından sonra başlayıb.

Muntyanu hökuməti yeni kabinet formalaşana qədər fəaliyyətini davam etdirəcək.