İranın mərhum ali lideri Əli Xameneyinin dəfn mərasimi simvolik məna daşıyır. 

Bu barədə "CNN" telekanalı məlumat yayıb. 

Telekanalın məlumatına görə, Xameneyinin iyulun 4-də dəfn olunması təsadüfi görünmür və bunun ABŞ-nin Müstəqillik Günü ilə əlaqəli simvolik mesaj olduğu ehtimal edilir. Bu il ABŞ-də Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi qeyd olunur və həmin gün ABŞ prezidenti Donald Trampın da çıxış edəcəyi gözlənilir.

Reportajda xatırladılır ki, Əli Xameneyi fevralın 28-də ABŞ və İsrailin İran ərazisinə endirdiyi hücum zamanı həlak olub.

"CNN" diqqətə çatdırıb ki, Xameneyinin dəfn mərasimi Məhərrəm ayına təsadüf edir və bu amilin də mərasimin dini və siyasi əhəmiyyətini artırdığı vurğulanıb.

"AzPolitika.info"