Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib.

"AzPolitika" xəbər verir ki, görüş zamanı tərəflər regional əhəmiyyətli məsələləri müzakirə edib, regionda sülhün, sabitliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı istiqamətində ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.

Prezident Pezeşkian qeyd edib ki, İran çətin şəraitdə Ermənistan hökumətinin ölkəsinə qarşı nümayiş etdirdiyi mövqeyi və göstərdiyi humanitar yardımı yüksək qiymətləndirir.

Danışıqlar həmçinin geniştərkibli heyətlərin iştirakı ilə davam edib. Ermənistan nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Xarici İşlər nazirinin müavini Vahan Kostanyan da yer alıb.

"AzPolitika.info"