Suriya Prezidenti Əhməd Şara keçid dövründə fəaliyyət göstərəcək 210 yerlik Xalq Məclisinin 70 üzvünü birbaşa təyin edib.
Təyin olunanlar arasında "Al-Hayba" serialı ilə tanınan 36 yaşlı aktrisa Rozina Lazkani də var.
Siyasi təcrübəsi olmayan Lazkani sosial media hesabında Prezident Şaraya təşəkkür edərək, göstərilən etimadı doğrultmaq üçün çalışacağını bildirib.
Qeyd edək ki, birbaşa təyin olunan 70 deputatdan 15-i qadındır. Seçki komissiyasının müəyyən etdiyi daha 6 qadın deputatla birlikdə parlamentdə qadın deputatların sayı 21-ə çatıb.
"AzPolitika.info"


Şərhlər