Menu

Ermənistan Qazaxıstanla müqaviləni təsdiqlədi

03.07.2026, 16:19
Ermənistan Qazaxıstanla müqaviləni təsdiqlədi

Ermənistan parlamenti İrəvan və Astanada səfirlik binalarının tikintisi üçün Qazaxıstanla qarşılıqlı torpaq sahəsinin ayrılmasını nəzərdə tutan müqaviləni təsdiqləyib.

"Azpolitika" xəbər verir ki, Ermənistan tərəfi İrəvanda Qazaxıstan səfirliyi üçün 0,33 hektar torpaq sahəsi ayıracaq.

Qarşılıqlı razılaşmaya əsasən, Qazaxıstan hökuməti də Astanada Ermənistan səfirliyi üçün də 0,33 hektar ərazini əhatə edən yeni torpaq sahəsi ayıracaq.

İki ölkə əraziləri bir-birindən simvolik illik ödəniş müqabilində icarəyə götürəcək: İrəvanda 1 dram, Astanada 1 təngə.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol