İtaliya ağır texnika ilə təmin edə bilmədiyi üçün iki diviziyanın yaradılmasını təxirə salmaq məcburiyyətində qalıb. 

"AzPolitika" xəbər verir ki, rəsmi Roma maliyyə çatışmazlığı səbəbindən Panzer tankları və Lynx piyada döyüş maşınları üçün sifarişləri dayandırıb.

2023-cü ildə Corcia Meloni hökuməti NATO-nun tələbi üzrə iki diviziya yaratmaq öhdəliyini götürüb. Bunun üçün 277 yeni nəsil Panzer tankı və 1000-dən çox Lynx tankı tələb olunurdu. Tapşırığın ümumi dəyəri 24 milyard avro idi. İstehsal müqaviləsinin Almaniyanın Rheinmetall şirkəti ilə bağlandığı, lakin komponentlərin İtaliyanın Leonardo şirkətindən götürüldüyü bildirilir. 

Planlar İtaliya parlamentində təsdiqlənib, lakin xərcləri ödəmək üçün dəqiq maliyyə vəsaitləri göstərilməyib. İndi isə İtaliya xəzinədarlığında layihənin həyata keçirilməsi üçün vəsait yoxdur.

"İyun ayında Ankarada keçiriləcək NATO sammiti üçün gözlənilən müqavilələrin imzalanması maliyyə təminatı ilə bağlı qeyri-müəyyənlik səbəbindən təxirə salınıb. Beləliklə, İtaliya Türkiyədə NATO, alman tərəfdaşları və istehsalçıları qarşısındaüçqat əlverişsiz vəziyyətlə üzləşir", - məlumatda deyilir.

Sifarişi yerinə yetirmək üçün alman şirkəti İtaliyanın Leonardo şirkəti ilə yeni birgə müəssisə qurmalı, texnikalar əsasən İtaliyada yığılmalı idi. Layihə "Avropa istehsalı"nı əhatə etdiyi üçün Brüssel kreditləri bunun üçün ən uyğun olan variant idi.