ABŞ Prezidenti Donald Tramp Amerikanı daha qüdrətli və daha güclü etməyə söz verib.
Ağ Ev rəhbəri ölkəsinin müstəqillik günü münasibətilə Raşmor dağı qarşısında etdiyi çıxışda bu barədə danışıb.
“Biz birlikdə Amerikanı (bütün dövlətlərdən) daha qüdrətli, daha yaxşı, daha güclü edəcəyik. Mən bunu sizə söz verirəm”,-deyə amerikalı lider xalqını müstəqilliyin 250-ci ildönümü münasibətilə təbrik edib.
ABŞ-da 4 İyul – Müstəqillik Günü (Independence Day) ölkənin əsas milli bayramıdır. 1776-cı il iyulun 4-də Amerika Birləşmiş Ştatlarının İstiqlal Bəyannaməsinin qəbulu təsdiqlənərək 13 Britaniya koloniyasının müstəqil dövlətlər olduğunu elan etdi və bu tarix ABŞ-ın yaranmasının rəmzi hesab olunur. Hər il ölkə üzrə paradlar, atəşfəşanlıqlar, konsertlər və müxtəlif tədbirlərlə qeyd olunan bu bayram Amerika tarixində azadlıq və dövlətçilik ənənələrinin simvolu sayılır.

Şərhlər