Menu

"İrana vida və dəfn mərasimi üçün bir həftə vaxt verdik" - Tramp

04.07.2026, 11:22
"İrana vida və dəfn mərasimi üçün bir həftə vaxt verdik" - Tramp

ABŞ Prezidenti Donald Tramp ölkənin Müstəqillik Bəyannaməsinin qəbulunun 250 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı İran İslam Respublikasına qarşı aparılan hərbi əməliyyatlardan da bəhs edib.

Tramp ABŞ-nin son uğurlarını sadalayaraq deyib: “Biz Venesuelanı bir gündə məğlub etdik və İranı darmadağın etdik. Onlar çarəsiz şəkildə razılığa gəlmək istəyirlər. Biz mehriban insanlar olduğumuz üçün onlara Əli Xameneyinin dəfn mərasimini keçirmək üçün bir həftəlik möhlət verdik”.

ABŞ prezidentinin bu açıqlaması Tehranda İranın keçmiş ali lideri Əli Xameneyinin vida mərasiminin ikinci gününə təsadüf edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol