“Hörmüz boğazı İran üçün nüvə silahından heç də zəif olmayan çevrilib. Tehranın ehtiyatında Bab əl-Məndəb boğazını bağlamaq kimi bir “termonüvə silahı” da var”.
"AzPolitika" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
“İran həqiqi nüvə silahı əvəzinə ondan heç də zəif olmayan başqa bir silah kəşf edib, bu, Hörmüz boğazıdır. İran burada hərəkəti məhdudlaşdırmaqla öz gücünü nümayiş etdirdi, indi əsas müzakirələr və razılaşmalar bu boğazın gələcəkdə necə fəaliyyət göstərəcəyi ətrafında gedir.
Düşünürəm ki, İranın ehtiyatında təkcə bu nüvə silahı yox, həm də termonüvə silahı var, bu isə Bab əl-Məndəb boğazıdır. Hərbi münaqişə yaranacağı təqdirdə bu boğazdan istifadə edilə və elə bir vəziyyət yaradıla bilər ki, ümumiyyətlə, neft və digər yükdaşımalar tamamilə iflic olsun. Ümid edirəm, buna ehtiyac qalmayacaq. Amma bu regionda münaqişə istəyən bütün ölkələr bunu nəzərə almalıdır”, - o bildirib.

Şərhlər
Aha,yenə də vodkadan mıxladı...
Kimi Hörmüz, kimi Ormuz və d. dildə səsləndirir. Ola bilsin ki, Cənab Dmitriev sözün məğzi mahiyyətini bilirmiş, ya öyrənib? Hörmüz, yəni İran sahillərini hörmüş-hörən boğazlar, su-hövzələri İrandan qeyri hansı subyektlərə aid ola bilər? Təbiətən, heç bir 2ciyə, digərinə aid-etmə anti-hüquqi xarakter daşıyar?