Argentinalı ulduz Lionel Messi 2026-cı il Dünya Kubokunda növbəti tarixi uğurlarına imza atıb.
Argentina millisinin hücumçusu 1/16 final mərhələsində Kabo-Verde ilə qarşılaşmada vurduğu qolla Dünya Kubokları tarixində qol sayını 20-yə çatdıraraq bu göstəricidə öz rekordunu daha da yaxşılaşdırıb. Onu 18 qolla Kilyan Mbappe izləyir.
39 yaşlı futbolçu turnirdə 30-cu matçına çıxaraq Dünya Kuboku tarixində bu həddi aşan ilk oyunçu olub. Bununla da o, 26 oyun keçirmiş Kristiano Ronaldo geridə qoyub.
Messi daha bir rekorda imza ataraq Dünya Kubokunda ardıcıl səkkiz oyunda fərqlənən ilk futbolçu kimi tarixə düşüb. O, həmçinin turnirin bütün mərhələlərində qol vurmağı bacaran ilk oyunçu olub.
Hazırda Messi 7 qolla turnirin bombardirləri siyahısına başçılıq edir. Mbappe 6 qol və 2 məhsuldar ötürmə ilə ikinci pillədə qərarlaşıb. Üçüncü yeri isə hərəyə 5 qol vuran Erling Haaland və Harri Keyn bölüşür.
"AzPolitika.info"

Şərhlər