Səudiyyə Ərəbistanının dəstəyindən istifadə edən Yəmənin beynəlxalq səviyyədə tanınmış prezident şurası İranı ölkənin suverenliyini pozmaqda və regional təhlükəsizliyə təhdid yaratmaqda ittiham edib.

"AzPolitika"a xəbər verir ki, bu barədə Yəmənin rəsmi xəbər agentliyi "Saba"nın verdiyi məlumat yayıb.

Buna səbəb İranın Yəmənin paytaxtı Sənaya mülki təyyarə göndərməsi ilə hava embarqosunun pozulması olub. Səna şəhəri husi üsyançılarının əlindədir. Təyyarədə Ayətullah Əli Xameneinin anım mərasimlərində iştirak etmək üçün Tehrana gedən husi nümayəndə heyəti olub.

“Saba” prezident şurasının kommunikesindən bir hissəni sitat gətirir: 

“Bu, Yəmən Respublikasının suverenliyinin, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulmasıdır”.

Səudiyyə Ərəbistanı daha əvvəl bildirib ki, əgər husilər ölkəyə tətbiq edilən hava embarqosunu pozmağa davam etsələr və ya təhdidlərini həyata keçirib krallığa zərbə endirsələr, onlara hərbi koalisiyanın tam gücü ilə cavab verəcək.

Husilərin hərbi sözçüsü Yəhya Sari daha əvvəl bildirmişdi ki, Husi Hərbi Hava Qüvvələri İran təyyarəsini Səna hava limanına müşayiət edib və İran təyyarəsinin Yəmən hava məkanına girməsinin qarşısını almağa çalışan Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinə raket atəşi açıb.