Menu

Müctəba Xamenei atasının dəfninə qatılacaqmı? - Ətrafına müraciət edib 

04.07.2026, 17:02
Müctəba Xamenei atasının dəfninə qatılacaqmı? - Ətrafına müraciət edib 

İranın Ali Lideri Müctəba Xamenei atası Əli Xameneinin 9 iyulda keçirilməsi planlaşdırılan dəfn mərasimində iştirak etmək istəyir və bunu İran rəsmilərinin diqqətinə çatdırıb. 

“AzPolitika” xəbər verir ki, "The New York Times" öz mənbələrinə istinadla belə bir məlumat yayıb.  

Lakin məlumatda deyilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) və ölkə rəhbərliyində təmsil olunan digər şəxslər Xameneinin bu istəyinə qarşı çıxıb. İranın təhlükəsizlik rəsmiləri bunu onunla əsaslandırıblar ki, İsrail Müctəba Xameneini öldürməyə cəhd edə və ya onun hərəkətini gizləndiyi yerə qədər izləyə bilər. Ona görə də Xameneinin istəyini rədd ediblər. 

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol