İyulun 4-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə bir ədəd "İskəndər-M" ballistik raketi, bir ədəd "X-59/69" idarəolunan aviasiya raketi və 86 ədəd zərbə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumatda bildirilib ki, raketlər və 17 PUA hədəflərinə çatıb, qalan pilotsuz aparatlar isə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Rusiya qoşunlarının raketlərlə Odessa vilayətinin mülki infrastrukturunu hədəf aldığı qeyd olunub. Vilayət administrasiyasının rəhbəri Oleq Kiper bəyan edib ki, hücum nəticəsində ərzaq anbarında yanğın baş verib. O, hadisə nəticəsində iki nəfərin - 29 və 41 yaşlı kişilərin yaralandığını vurğulayıb.
"Həkimlər onlardan birinin vəziyyətini orta-ağır, digərinin vəziyyətini isə qənaətbəxş kimi qiymətləndirirlər",- deyə Kiper əlavə edib.
"AzPolitika.info"

Şərhlər