Menu

KXDR-də yeni esminesin silah sınaqları keçirilib

05.07.2026, 08:10
KXDR-də yeni esminesin silah sınaqları keçirilib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib.

"Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərtə artilleriya qurğuları, pulemyotlar və radioelektron mübarizə vasitələri yoxlanılıb.

Agentliyin məlumatına görə, sınaqlar başa çatdıqdan sonra Kim Çen In esminesin bütün yoxlanışlarını yekunlaşdırmağı və onu iki ay ərzində ölkənin Hərbi Dəniz Qüvvələrinin döyüş tərkibinə daxil etməyi tapşırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol