Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb.

"Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məlumat yayıb.

"Yaşayış evləri zərər görməsə də, bir neçə müəssisəyə ziyan dəyib", - məlumatda bildirilib.

Xüsusi qayğıya ehtiyacı olan 157 nəfər təxliyə edilib, 120 sakin idman zalına yerləşdirilib, qalanlarının isə psixiatriya xəstəxanasına sığındığı bildirilib.

Hakimiyyət orqanları yanğını törətməkdə şübhəli bilinən 76 yaşlı kişini həbs ediblər.