Rusiya ordusu Ukraynanın hərbi aerodromlarına, yanacaq-energetika və nəqliyyat infrastrukturuna, habelə uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsal və saxlanma mərkəzlərinə kütləvi zərbələr endirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilib.

Nazirliyin məlumatına görə, genişmiqyaslı hücum hərbi aviasiya, zərbə dronları, raket qoşunları və artilleriya bölmələrinin birgə iştirakı ilə həyata keçirilib: "Rusiya Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının operativ-taktiki aviasiyası, zərbə PUA-ları, raket qoşunları və artilleriyası tərəfindən hərbi aerodromlara, yanacaq-energetika və nəqliyyat infrastrukturu obyektlərinə, logistika mərkəzlərinə, uzaqmənzilli pilotsuz uçuş aparatlarının və onların komplektləşdirici hissələrinin istehsalı və saxlanma yerlərinə zərbələr endirilib".