Qlobal iqtisadiyyat ABŞ-İran müharibəsinin iqtisadi nəticələrinə görə yüksəlmiş əsas faiz dərəcələri dövrü ilə üzləşəcək.

"Azpolitika" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Bloomberg Economics"in analitik bölməsi iyul ayı üçün proqnozunu açıqlayıb. Bu proqnozda aparıcı qlobal mərkəzi bankların orta əsas faiz dərəcəsinin ən azı 2028-ci ilə qədər yüksək qalacağı qeyd olunub.

2026-cı ilin sonunda bu, İran müharibəsindən əvvəl yanvar ayında proqnozlaşdırılan 4,41%-lik göstəricidən 5,10% aşağı olacaq. 2027-ci ilin sonuna qədər bu rəqəm 4,50%-ə düşəcək ki, bu da yanvar ayı proqnozu ilə müqayisədə 0,75 faiz bəndi fərq deməkdir. 2028-ci ildə bu fərq təxminən 0,50 faiz bəndi səviyyəsində qalacaq.

Agentliyin məlumatına görə, hesabatda İran müharibəsi zamanı Hörmüz boğazından gəmiçiliyin dayandırılması, eləcə də süni intellekt texnologiyalarının aktiv tətbiqi nəticəsində yaranan enerji böhranının nəticələri ilə əlaqəli inflyasiya riskləri əks olunub.

Qeyd edək ki, "Bloomberg Economics"in proqnozu qlobal ÜDM-in 90%-ni təşkil edən 23 ölkəni əhatə edir.(Teleqraf)