ABŞ Prezidenti Donald Tramp NATO sammiti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşəcək.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ mediası yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən xəbər verib.
Tramp iki liderlə ikitərəfli görüşlərdə iştirak edəcək, sonra isə Vaşinqtona getməzdən əvvəl mətbuat konfransı keçirəcək.
ABŞ-nin yüksək rütbəli rəsmisi bildirib ki, Tramp və Zelenski arasında görüş onların müharibəni necə bitirə biləcəyi barədə danışmaq üçündür.
Trampın Ankarada Zelenski ilə görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıqları davam etdirəcəyi gözlənilir.
Eyni zamanda, ABŞ rəsmiləri Trampın əl-Şara ilə görüşünün məqsədi barədə heç bir detal açıqlamayıblar.
Qeyd edək ki, ötən günlərdə Tramp Rusiya Prezidenti ilə telefon danışığı aparıb.
Rusiya Prezidentin köməkçisi Yuri Uşakov mətbuata açıqlamasında bildirib ki, telefon danışığı zamanı Amerika lideri sülh həllərinin axtarışında kömək etməyə hazır olduğunu və xüsusi nümayəndələrinin danışıqlar prosesini davam etdirmək niyyətində olduğunu təsdiqləyib.

Şərhlər