Menu

"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb

06.07.2026, 12:15
"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb

Bu il yanvarın 1-nə "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" ASC-nin 424 səhmdarı olub.

"AzPolitika" xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5 vahid və yaxud 1,2 % azdır.

Hesabat dövründə müəssisənin əsas səhmdarı 96,0297 % payla "LOTOS-S" MMC qalıb, payçı fiziki şəxslərin sayı isə 428-dən 423-ə düşüb.

Xatırladaq ki, "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 966 434 manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol