Menu

Türkiyə–ABŞ liderlərinin görüşündə Ukrayna müharibəsi gündəmdə olacaq

06.07.2026, 13:26
Türkiyə–ABŞ liderlərinin görüşündə Ukrayna müharibəsi gündəmdə olacaq

Türkiyənin Rusiya və Ukrayna arasında danışıqlar prosesinin bərpası təşəbbüsləri Ankarada Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın planlaşdırılan görüşünün mövzularından biri olacaq.

"AzPolitika" xəbər verir ki, Türkiyə hökumətindən bir mənbə RIA Novosti-yə bildirib.

Ərdoğan iyunun 29-da bildirib ki yaxın gələcəkdə Rusiya və Ukrayna arasındakı münaqişənin dialoq yolu ilə həllində konkret nəticələr əldə edilməlidir.

Rusiya və Ukrayna 2025-ci ildə İstanbulda üç raundlu birbaşa danışıqlar keçiriblər. Nəticədə əsirlərin mübadiləsi baş verib. Bundan əlavə, Rusiya həlak olmuş ukraynalı hərbçilərin cəsədlərini Kiyev rejiminə təhvil verib. Tərəflər münaqişənin həlli ilə bağlı layihə memorandumlarını da mübadilə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol