Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Rusiya Silahlı Qüvvələrinin Ukrayna dron istehsal edən müəssisələrinə hücumlarından sonra pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün Ukraynaya yeni maliyyə vəd edib.
"AzPolitika" xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, keçən həftə Kiyevə 90 milyard avrodan ilk 4 milyard avronu Ukraynanın müdafiəsini qabaqcıl dron texnologiyası ilə gücləndirmək üçün verilib.
"Daha çoxu tezliklə gələcək," - Avropa Komissiyasının Prezidenti bildirib.
Avropa Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, Ankarada keçiriləcək NATO sammitində Ukrayna üçün hava hücumundan müdafiə sistemləri məsələsini qaldıracaq və Rusiyaya qarşı 21-ci sanksiya paketi üzərində intensiv işləyəcək.

Şərhlər