Rusiya və Belarusla sərhəd olan NATO ölkələri hərbi münaqişə halında müdafiə qabiliyyətlərini gücləndirirlər.
"AzPolitika" xəbər verir ki, bu barədə Politico qəzeti məlumat yayıb.
Nəşr xatırladır ki, hazırkı ABŞ prezidenti Donald TrampAvropa müttəfiqlərinin Tehranla münaqişədə Vaşinqtonu dəstəkləməkdən imtina etməsi səbəbindən ittifaqdan çıxmaqla hədələmişdi.
Məqalədə deyilir ki, Finlandiya ÜDM-nin demək olar ki, 3%-ni müdafiəyə xərcləyir və NATO-ya olan öhdəliklərinə uyğun olaraq bu rəqəmi 2035-ci ilə qədər 5%-ə yüksəldəcək. Ölkənin Hərbi Hava Qüvvələri yaxın aylarda Amerika F-35 qırıcılarını qəbul etməyi gözləyir. Bu tədbirlərə baxmayaraq, Finlandiya Silahlı Qüvvələri pilotsuz texnologiyalardan istifadədə hələ də geri qalır.
Polşa isə öz növbəsində beton baryerlərə, sensorlara, dronlara və ordunun sürətli genişlənməsinə mərc edir, həmçinin Kalininqrad bölgəsi və Belarus sərhədləri boyunca müdafiə strukturlarına milyardlarla sərmayə yatırır.
Litva, Latviya və Estoniya birgə Baltik müdafiə xətti boyunca müdafiələrini gücləndirir, tank əleyhinə xəndəklər, mina sahələri və bunkerlər yaradır. Bu tədbirlərə orduların genişləndirilməsi, beton baryerlərin qurulması, dronlardan istifadə, sensorların quraşdırılması və müdafiə xətlərinin yaradılması daxildir.

Şərhlər