Menu

Azərbaycandan Ermənistana propan qazı göndəriləcək

06.07.2026, 13:52
Azərbaycandan Ermənistana propan qazı göndəriləcək

Bu gün Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"AzPolitika" xəbər verir ki, 30 vaqon Rusiya mənşəli propan qazı Ermənistana göndəriləcək.

Belə ki, Rusiya mənşəli propan qazı bu gün Biləcəri stansiyasından yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol