Ermənistan Pakistana səfiri təyin edib

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vahaqn Xaçaturyan fərman imzalayıb.

Fərmanda bildirilir ki, Baş nazirin təklifini əsaslanaraq, Konstitusiyanınmüvafiq maddəsinə və Diplomatik Xidmət haqqında Qanunun maddələrinə uyğun olaraq, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki Fövqəladə və Səlahiyyətli səfiri Karen Qriqoryan eyni zamanda Ermənistanın Pakistana Fövqəladə və Səlahiyyətli səfiri təyin olunub.

Qeyd etmək lazımdır ki, onilliklər ərzində Ermənistanın Pakistanla diplomatik əlaqələri olmayıb. Bu münasibət yalnız bir il əvvəl - 2025-ci ilin avqustunda qurulub.