Sosial mediada yayılan müqayisəli görüntülər Qəzza zolağında müharibənin yaratdığı dağıntıların miqyasını bir daha nümayiş etdirir.

Kadrlarda müharibədən əvvəl sıx yaşayış məntəqələri, yaşayış binaları, yollar və digər infrastruktur obyektləri ilə seçilən ərazilərin İsrailin hücumlarından sonra  demək olar ki, tamamilə dağıldığı görünür. Bir vaxtlar insanların yaşadığı məhəllələr xarabalığa çevrilib, yüzlərlə bina yerlə-yeksan olub, yollar isə istifadəyə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 73 min fələstinli həlak olub, 173 min nəfər isə yaralanıb.

"AzPolitika.info"