Azərbaycanda keçmiş bələdiyyə sədri vəfat edib.
"AzPolitika" xəbər verir ki, Cəlilabad Rayon Bələdiyyəsinin sabiq sədri Fərqanə Məmmədova dünyasını dəyişib.
O, xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. F.Məmmədova bir müddət Türkiyədə müalicə olunub, amma bu, müsbət nəticə verməyib. İyulun 6-da keçmiş bələdiyyə sədrinin vəziyyəti ağırlaşıb. Yaxınları onu Bakıdakı xəstəxanalardan birinə yerləşdirməyə qərar veriblər. Lakin F.Məmmədova rayondan paytaxta gətiriləndə avtomobildə vəfat edib.
Qeyd edək ki, F.Məmmədova uzun illər Cəlilabad şəhəri Ş.İ.Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Hakim Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatında fəaliyyət göstərib.
Prezident İlham Əliyevin 2016-cı il oktyabrın 4-də imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olunub.

Şərhlər