Qeydiyyata alınmış amerikalı seçicilərin 58%-i hesab edir ki, ABŞ-nin İranla müharibədə xərclədiyi hədər yerə gedib.

"AzPoiitika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Focaldata” tədqiqat şirkətinin “Financial Times” (FT) qəzetinin sifarişi ilə keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir. Onlayn formatda aparılan sorğuda 1,8 milyona yaxın insan iştirak edib.

Araşdırmaya əsasən, rəyi soruşulanların 44%-i ABŞ-nin İrana münasibətdə müharibədən əvvəlki dövrlə müqayisədə hazırda daha zəif mövqedə olduğunu düşünür. Bununla yanaşı, seçicilərin əksəriyyəti — 66%-i Vaşinqtonla Tehran arasında imzalanmış memoranduma şübhə ilə yanaşır. Onların fikrincə, bu sənəd Yaxın Şərqdə sülh və sabitlik üçün ya heç nə etməyəcək, ya da əksinə, qeyri-sabitliyi daha da artıracaq. Respondentlərin yalnız 20%-i bunun əksinə inanır. Müxtəlif qiymətləndirmələrə görə, ABŞ bu müharibəyə azı 30 milyard dollar xərcləyib və Ağ Ev Konqresdən daha 67 milyard dollar tələb edib.

Respondentlər Donald Trampın ABŞ prezidenti postundakı fəaliyyəti barədə sualları da cavablandırıblar. Onun fəaliyyətini bəyənənlərin payı bir ay ərzində 2 faiz bəndi azalaraq 36%-ə düşüb. Növbəti seçkilərdə demokratlara səs verməyə hazır olduqlarını bildirənlər 44%, respublikaçıları dəstəkləyənlər isə 38% təşkil edib.

"AzPolitika.info"