Almaniyalı məşqçi Yuqen Klopp ABŞ Prezidenti Donald Tramp və Canni İnfantinonu sərt tənqid edib.
"Əgər bu, doğrudan da Donald Tramp və Canni İnfantinonun birgə qərarıdırsa, bu, dəhşətdir və hər şeyi sual altına qoyur. Futboldan heç bir anlayışı olmayan bu iki insanın bu işə qarışmağa haqqı yoxdur. Bu bizim oyunumuzdur, onların oyunu deyil. Bu, açıq şəkildə qırmızı vərəqə idi. Burada iki fərqli fikir ola bilməz. Hamımız səhv hakim qərarlarından əziyyət çəkirik, amma onlarla yaşamağı öyrənmişik", – Klopp bildirib.
Qeyd edək ki, Donald Tramp FIFA prezidenti Canni İnfantinoya zəng edərək ABŞ millisinin hücumçusu Folarin Balogunun qırmızı vərəqəsinə yenidən baxılmasını xahiş edib. Daha sonra FIFA futbolçunun cəzasını şərti olaraq ləğv edib və onun ABŞ–Belçika oyununda iştirakına icazə verib.
"AzPolitika.info"

Şərhlər