Azərbaycan Respublikası Maliyyə Nazirliyi 1 sentyabr tarixində 28 ədəd nəqliyyat vasitəsini açıq hərraca çıxaracaq.
Hərraca çıxarılan avtomobillər arasında müxtəlif buraxılış illərinə aid "BMW", "Toyota", "Hyundai", "Honda", "Kia", Nissan" və "Changan" markalı minik avtomobilləri yer alır.
Nəqliyyat vasitələrinin start qiymətləri 3 000 manatdan başlayaraq 12 000 manatadək dəyişir. Hərracda iştirak üçün tələb olunan 10 faiz beh məbləği isə avtomobildən asılı olaraq 300-1 200 manat təşkil edir.
Ən yüksək start qiyməti 12 000 manat olan 2017-ci il istehsalı iki "BMW 520i" markalı avtomobilə, 10 000 manatlıq start qiyməti isə 2016-cı il istehsalı "BMW 528i" markalı avtomobilə müəyyən edilib.
Siyahıda həmçinin 2019-cu il istehsalı "Changan Reaton", 2013-cü il istehsalı "Toyota Camry", 2012-ci il istehsalı "BMW 740Li" və "Hyundai Sonata", eləcə də müxtəlif buraxılış illərinə aid "Honda Accord", "Kia Optima", "Nissan Sunny" və "Nissan Teana" markalı avtomobillər də yer alıb.

Şərhlər