Norveç Çinin Rusiya ilə münasibətlərindən istifadə edərək Ukraynadakı münaqişəni həll etməsini istəyir.
"Azpolitika" Reuters-ə istinadla xəbər verir ki, Baş nazir Yunas Qar Störe Çin Xarici İşlər naziri Van İ ilə görüşdə bunu bildirib.
"Çin yəqin ki, Rusiya liderliyinə ən yaxşı və birbaşa çıxışa malik ölkədir. Biz ümid edirik ki, Çin bu kanaldan güclü şəkildə istifadə edəcək" - Störe deyib.
O, hesab edir ki, Avropa və Çin arasında əməkdaşlıq üçün böyük potensial var, lakin Moskva ilə Pekin arasındakı münasibətlər səbəbindən bu potensial məhdudlaşır.
Yanvarın sonunda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Ukrayna münaqişəsinin tərəflərini gərginliyi azaltmaq və eskalasiyanın qarşısını almaq məqsədilə üç prinsipə riayət etməyə çağırmışdı. Onun sözlərinə görə, tərəflər müəyyən şərtlərə riayət etməlidirlər: döyüş meydanını genişləndirməmək, münaqişələrin artmasına imkan verməmək və daha çox qarşıdurmaya təhrik etməmək.

Şərhlər