Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo 2026-cı il FIFA Dünya Çempionatının 1/8 finalında İspaniyaya məğlubiyyətdən sonra emosiyalarına hakim ola bilməyərək göz yaşlarına boğulub.
2001-ci ildə peşəkar futbol karyerasına başlayan Ronaldo zəngin nailiyyətlər qazansa da, dünya futbolunun ən nüfuzlu kuboku sayılan Dünya Çempionatını qazanmaq arzusu yenə reallaşmayıb. 2003-cü ildən Portuqaliya millisinin şərəfini qoruyan təcrübəli hücumçu yığma ilə yarımfinala qədər yüksəlsə də, mundialın qalibi ola bilməyib.
41 yaşlı futbolçu üçün 2026-cı il Dünya Çempionatı karyerasının son mundialı hesab olunur.
Bu səbəbdən İspaniyaya qarşı məğlubiyyət Ronaldonun Dünya Kuboku arzusunun da başa çatması deməkdir.
"AzPolitika.info"

Şərhlər