Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacirlər naziri Ayman Safadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Azpolitika" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi, siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin perspektivlərini müzakirə ediblər.
Görüş zamanı həmçinin regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər