Menu

ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət edib

07.07.2026, 11:08
ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət edib

Azərbaycan 2026-cı il dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunmuş ölkələr sırasındadır.

Bu barədə "Azpolitka" G20 ABŞ sədrliyinin rəsmi saytına istinadən xəbər verir.

Sammitə dəvət edilmiş ölkələrin siyahısına həmçinin Qazaxıstan, Özbəkistan, Finlandiya, İrlandiya, Niderland, Norveç, Qətər, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxildir.

Xatırladaq ki, 2025-ci ildə G20 sammiti Yohannesburqda (CAR) keçirilib./ "Report" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol