Menu

I yarımil üçün dövlət büdcəsinin gəlirləri açıqlandı - Nazirlik məlumat yaydı

07.07.2026, 11:35
I yarımil üçün dövlət büdcəsinin gəlirləri açıqlandı - Nazirlik məlumat yaydı

Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19 179,4 milyon manat təşkil edib ki, bu da proqnozu 350,5 milyon manat və ya 1,9 faiz üstələyib.

I yarımildə dövlət büdcəsinin xərcləri 17 230,6 milyon manat proqnoza qarşı 16 775,5 milyon manat məbləğində icra edilib ki, bu da 97.4 faiz təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol