Menu

Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

07.07.2026, 11:53
Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

Bu gün Dəməşqdə, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında iki partlayış baş verib.

"Report" "Al-Arabiya"ya istinadən xəbər verir ki, partlayışların səbəbləri məlum deyil.

Eyni zamanda, bildirilib ki, Makronun korteji partlayışdan qısa müddət əvvəl hoteli tərk edib və danışıqlar üçün Suriya Prezidenti Əhməd əş-Şaraanın iqamətgahına yollanıb.

Hələ ki zərərçəkənlər barədə məlumat yoxdur, həmçinin heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

"Reuters" agentliyinin məlumatına görə, partlayıcı qurğular işə salınıb. Hazırda hadisə yerinin ətrafındakı bütün yollar bağlanıb, təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, Fransa Prezidenti ötən gün axşam Dəməşqə rəsmi səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol