Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) 21 vilayətə hələ də yeni sədr təyin olunmaması müzakirələrə səbəb olub.
"AzPolitika" xəbər verir ki, məhkəmə qərarı ilə partiya rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlu fəaliyyətə başladıqdan sonra 36 vilayət sədrini vəzifədən azad edib. Lakin onlardan 21-nin yerinə hələ də təyinat gerçəkləşməyib.
CHP sədri Özgür Özələ yaxın mənbələr iddia edirlər ki, təklif edilən namizədlər vəzifədən imtina etdiyi üçün proses gecikir və bu vəziyyət partiyada ciddi idarəetmə böhranı yaradıb.
Partiyanın Baş Qərargahı isə ittihamları rədd edir. Rəsmi dairələrdən verilən məlumata görə, təyinatlar tələskənliklə deyil, namizədlərin diqqətlə qiymətləndirilməsi və yalnız ümumi konsensus (razılıq) əldə olunduqdan sonra həyata keçirilir.

Şərhlər